YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yatağından 118,8 milyon barel neft hasil olunub

Cari ilin ilk altı ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə təqribən 479 milyon dollar əməliyyat məsrəfləri, 1 milyard 231 milyon dollar əsaslı vəsait sərf olunub. İlin sonunadək isə əməliyyat xərclərinin təxminən 1 milyard 52 milyon dollar, əsaslı xərclərin isə 2 milyard 68 milyon dollar olacağı gözlənilir.

“bp-Azerbaijan” şirkətindən bildiriblər ki, ilin birinci yarısında Çıraq neft layihəsi çərçivəsində ilk neft əldə olunub. Qərbi Çıraq platformasından isə hasilat artaraq dörd quyudan indiki həddinə – gündə 50 min bareldən artıq səviyyəyə çatıb. Yanvar-iyul aylarında AÇG-dən Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformaları da daxil olmaqla, orta hesabla 118,8 milyon barel, yəni 16 milyon ton neft hasil olunub.