YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biznes və insan hüquqları üzrə BMT-nin ekspert qrupunun Azərbaycana ilk səfəri olacaq

Avqustun 18-dən 27-dək ölkədə biznes fəaliyyətinin insan hüquqlarına olan təsirini qiymətləndirmək üçün BMT-nin müstəqil ekspertlərindən ibarət qrupu Azərbaycana ilk rəsmi səfərini edəcək.

Ekspertlər Biznes və İnsan Hüquqları üzrə BMT-nin rəhbər prinsiplərinin həyata keçirilməsi istiqamətində cari təşəbbüslər, imkanlar və çağırışları nəzərdən keçirəcəklər.

Məlumatda qeyd olunur ki, ekspertlərin səfəri Azərbaycan Hökumətinin dəvəti əsasında həyata keçirilir. Qrup, həmçinin ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə də səfər edəcək.

 

DİGƏR Xəbərlər Arxiv