YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib

Mayın 25 -də Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib.

Tədbir iştirakçıları öncə rayonun mərkəzi meydanında  Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyublar.

Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev hesabat dövründə görülən işlər barədə məlumat verərək bildirib ki, 1993-cü il yanvarın 16-da  ilk təsis konfransını keçirən YAP Sabirabad rayon təşkilatı bu gün 91 ərazi üzrə ilk partiya təşkilatında 8036 nəfər partiyanın üzvünü birləşdirir.  Bu gün YAP rayon təşkilatının üzvlərindən 2630 nəfəri, yəni 33 faizi qadınlar, 2647 nəfəri, yəni 33 faizi gənclər təşkil edir. Ötən müddət ərzində YAP Sabirabad rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri daha ləyaqətlə həyata keçirməkdədir.

Konfrasda rayon təşkilatı nəzarət təftiş qrupunun sədri Cavid Cavadov, partiya veteranı Salamulla Abdullayev, “Asan xidmət” mərkəzinin əməkdaşı Lalə Musayeva, YAP Sabirabad rayon təşkilatının Qadınlar Şürasının sədr müavini Tamella Niftəliyeva, Sabirabad Ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, şair Ərzuman Babaşov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.                                                                                                                                                                                                       

Konfransda YAP Siyasi Şurasının  üzvü, “İki sahil” qəzetinin  baş redaktoru Vüqar Rəhimzadə  çıxış edərək YAP-ın əldə etdiyi böyük nailiyyətlərdən ətraflı bəhs edib.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rüstəm Xəlilov Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan danışıb.

YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov konfransda çıxış edərək YAP-ın yaranma tarixndən, partiyanın əldə etdiyi nailiyyətlədən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib, rayon təşkilatının fəaliyyətində uğurlarla yanaşı nöqsanlardan da danışıb.

Sonda konfransda təşkilati məsələlərə baxılıb. YAP Sabirabad rayon təşkilatı sədrinin müavini Məleykə Həsənova təşkilatın sədri, eləcə də yeni tərkibdə  Şura və İdarə Heyəti və nəzarət-təftiş qrupu seçilib. 

DİGƏR Partiya xəbərləri Arxiv