YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş katibi ilə görüşüb

Azərbaycanın BMT-yə üzvülüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və BMT arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub.

E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını A.Quterreşə çatdırıb. A.Quterreş Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun salam və xoş arzularının çatdırılmasını xahiş edib.