YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur

«Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bunu aşkar şəkildə ifadə edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir». Bu fikirləri yap.org.az saytına «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir.

«Bütün bunların fonunda iki başlıca nüans özünü göstərir: birincisi, hər kəs aydın dərk edir ki, Azərbaycan dövlət qurmağı və onu müstəqil şəkildə, məharətlə idarə etməyi bacarır. İkincisi isə, istər həyata keçirilən müstəqil siyasət, istərsə də dövlətçilik ənənələrinin yaşadılması Azərbaycan cəmiyyətində fərdlərin özlərini dövlətlə identifikasiya etməsini şərtləndirir. Doğrudan da, hər bir xalqın əldə etdiyi nailiyyətlər həm də onun milli və tarixi yaddaşı ilə əsaslandırılır. Xalqımızın milli yaddaşında min illərlə ölçülən dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. AXC-nin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam da məhz bu məqsədə xidmət edir»- deyə, millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv