YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Huffington Post” qəzeti: Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir

Amerika Birləşmiş Ştatlarının “Huffington Post” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir” sərlövhəli məqalə dərc edilib.

Müəllif bütün dünyanın diqqətinin Prezident Donald Trampın Səudiyyə Ərəbistanında müsəlman ölkələrinin liderlərinə müraciətinə yönəldiyi bir vaxtda digər müsəlman ölkəsində böyük beynəlxalq tədbirin keçirildiyini diqqətə çatdırır. Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikası bu ay IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Son vaxtlar müxtəlif idman və mədəniyyət tədbirlərini keçirən Bakı bu dəfə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində baxımlı və heyranedici şou təşkil etdi.

Müəllif IV İslam Həmrəyliyi Oyunları, Azərbaycan idmançılarının yarışlarda qazandıqları medallar haqqında məlumat verir.

Səfir Bakıda keçirilmiş birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini vurğulayaraq, məhz onun rəhbərliyi sayəsində bu tədbirlərin böyük uğurla keçdiyini bildirir.

Məqalədə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi, fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirdiyi diqqətə çatdırılır. E.Süleymanov yazır ki, ABŞ-ın dözümsüzlüyün yayılmasının qarşısının alınması üçün konkret addımların atılması məqsədilə müsəlman dostlarına müraciət etməsindən əvvəl Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və bərabərliyin təşviq olunması yolunda ciddi cəhdlə çalışıb.