YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə, ölkəmizin Milli bayramı - Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Əminəm ki, ümumi mədəniyyət və ənənələrə malik olan Qazaxıstan ilə Azərbaycan ölkələrimizin qardaş xalqlarının maraqlarına uyğun qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməklə dostluq və mehriban qonşuluq əlaqələrinə həmişə sadiq qalacaqlar.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.