YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının X konfransı keçirilib

Mayın 24-də Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının X konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzinin akt zalında davam edən konfrans Yeni Azərbaycan Partiyasının yaranmasını və fəaliyyətini əks etdirən videoçarxın nümayiş ilə başlayıb.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli Liderin nurlu zəkasından yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.

Məruzədə qeyd edilib ki, partiyanın Abşeron rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin fevral ayının 22-də təsis olunan, 8000 nəfərdən çox partiya üzvünü və 122 ərazi ilk partiya təşkilatını birləşdirən Abşeron rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir. Rayon təşkilatının üzvləri arasında qadınlar və gənclər üstünlük təşkil edir.

Sonra nəzarət təftiş qrupunun hesabatı dinlənilib.

Daha sonra konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edib. B.Muradova qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.

YAP Siyasi Şurasının üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Elgün Hümbətov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söhbət açıblar.

Partiyanın Abşeron rayon təşkilatının X konfransının qətnamə layihəsi oxunaraq təsdiq edilib və təşkilati məsələlər müzakirə olunub.

Rayon təşkilatının tərkibi, yeni Şurası, İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Bilman Vəliyev yenidən YAP Abşeron rayon təşkilatının sədri seçilib.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.