YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: IV İslam Həmrəyliyi Oyunları bəlkə də Rio Olimpiadasından daha yüksək səviyyədə keçirildi

IV İslam Həmrəyliyi Oyunları bəlkə də Rio-de-Janeyro Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirildi.

Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib: "Azərbaycan idmançıları çox gözəl çıxış etdi. Oyunlarda peşəkar idmançılar iştirak edirdi. Bizim idmançılarımız da gərgin mübarizə apardı və birinci yerə sahib oldu. Təhlükəsizlik, nəqliyyat baxımından hər şey yüksək səviyyədə təşkil olundu, qonaqlar da razı qaldı".

A.Rəhimov bildirib ki, 16 idman obyektində yarışlar heç bir problem olmadan keçirildi: "3 minə yaxın idmançı, minə yaxın nümayəndə və minə yaxın texniki heyət Oyunlarda iştirak edirdi. Açılış və bağlanış mərasimləri də yüksək səviyyədə keçirildi. Oyunlar sanki bir bayram təəssüratı yaratdı, hər kəs bu Oyunları çox böyük maraqla izlədi. İdmançılar da təşkilatçılıqdan, onlar üçün yaradılan şəraitdən çox razı qaldı. IV İslam Həmrəyliyi Oyunları bəlkə də Rio-de-Janeyrodakı Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirildi".