YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda minik avtomobillərinin istehsalı təqribən 5 dəfə artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1510 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 4,6 dəfə artıqdır. Bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 7 ayının yekunu üzrə hesabatında bildirilir.

2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Hesabatda qeyd olunur ki, yanvar-iyul aylarında respublikada 159 yük maşını istehsal olunub. Bu, 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 8,2 faiz çoxdur.

2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyir.