YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Həmsədrlər Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi təqvimi üzərində işləməlidir

«Biz ATƏT-in Minsk qrupuna ATƏT-in təməl sənədlərinə riayət etməyi tövsiyə edərdik. ATƏT BMT TŞ-nin qətnamələrini üstün tutaraq ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi təqvimi üzərində işləməlidir». Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Onun sözlərinə görə, Minsk qrupu beynəlxalq hüquqa arxalanmaq əvəzinə, Ermənistanın təbliğatının carçısına çevrilib.

«Ən əsas məsələ beynəlxalq hüququ bərqərar etməkdir. Bunu etmədiyi üçün ATƏT sadəcə münaqişəni dondurmaqla məşğuldur. Fikrimcə, Minsk qrupu münaqişənin həllinə heç bir töhfə verə bilmir. Bu da onların beynəlxalq hüquq normalarına hörmətsizliyindən irəli gəlir. İşğalçı Ermənistana qarşı hər hansı bir qınaq olmadığı üçün o öz təxribatlarını davam etdirəcək. Çünki işğalçını cilovlayan heç bir qərar və addım yoxdur»- deyə, A.Mollazadə vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv