YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atletika yarışlarının sonuncu gününə start verilib

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən atletika yarışlarının sonuncu gününə start verilib.

Hazırda kişilər arasında kürəitələmə və T11 kateqoriyasında uzunluğa tullanma yarışlarının final mərhələsi keçirilir.

Ölkəmizi kürəitələmə yarışında Tofiq Məmmədov, uzunluğa tullanma yarışında isə Elçin Muradov və Zeynidin Bilalov təmsil edirlər.

Günün birinci yarısında, həmçinin qadınlar arasında 10 min metr məsafəyə qaçış yarışının final mərhələsi keçiriləcək.