YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslamiada: Basketbol 3x3 yarışlarının ilk günündə Azərbaycanın kişi və qadın komandaları qalib gəliblər

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarına start verilib.

Yarışların birinci günündə 18 oyun keçirilib. Qadınların yarışında 8, kişilərin mübarizəsində isə 10 qarşılaşma oynanılıb.

İlk görüş qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan və Türkmənistan milli komandaları arasında keçirilib. Qarşılaşmada baxımlı oyun nümayiş etdirən Azərbaycan basketbolçuları 16:7 hesabı ilə qalib gəliblər. Qadın basketbolçularımız gün ərzində qrupda keçirdikləri ikinci görüşdə də qələbə qazanıblar. Komandamız Əlcəzair millisini 20:14 hesabı ilə məğlub edib.

Yarışların ilk günündə kişi basketbolçularımız da keçirdikləri hər iki görüşü qələbə ilə başa vurublar. “A” qrupunda yer alan milli komandamız ilk oyunda Türkmənistan yığmasını 17:16 hesabı ilə məğlub edib. Komandamız ikinci oyunda isə Türkiyə millisinə qalib gəlib – 17:10.

İslamiadada basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparır. Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışırlar. Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar. Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.