YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Azərbaycandakı transmilli kəmərlərin uzunluğu 9 min kilometrə çatdırılacaq

Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğu 9 min kilometrə çatdırılacaq.

Bunu Pekində “Bir kəmər - bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı mövzusunda keçirilən “dəyirmi masa”nın birinci sessiyada SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Transmilli magistral neft-qaz kəmərləri və qarşılıqlı infrastruktur əlaqəsi” mövzusunda məruzəsində deyib.

R.Abdullayev bildirib ki, hazırda Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğu 5 min 500 kilometrdən çoxdur. Tikilməkdə olan obyektləri nəzərə almaqla kəmərlərin ümumi uzunluğu 9 min kilometrə çatdırılacaq.

O qeyd edib ki, Azərbaycanın nümunəsində magistral neft-qaz kəmərləri strategiyasının düzgün seçiminin iqtisadi artımın lokomotivi ola biləcəyi aydın görünür. Azərbaycan transmilli magistral boru kəmərlərinin yeni Böyük İpək Yolunun əsas elementinə çevriləcəyinə və bunun əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcəyinə əmindir.