YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir

«Ümumrusiya Azərbaycanlıları Konqresinin  qeydiyyatının ləğvi siyasi qərardır». Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir. Onun sözlərinə görə, bu, həm də Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir. Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir.

«ÜAK-ın qeydiyyatının ləğvi çox sərt qərardır. Rusiya tərəfi bu qərara yenidən baxmalıdır. Bu, iki ölkə arasında olan münasibətlərə xələl gətirir. Azərbaycanda bu qərar çox təəssüflə qəbul olundu. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir»- deyə, deputat  qeyd edib.