YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək

Alman Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə mayın 31-də Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək.

Palatadan bildirilib ki, tədbir Bavariya torpağının İqtisadiyyat, Media, Energetika və Texnologiyalar üzrə Nazirliyinin dövlət katibi Frans Yozef Pşirerin rəhbərliyi ilə Bavariyadan olan müəssisələrin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində baş tutacaq.

Forum Bavariya dövlət rəsmilərinin və müəssisələrinin ölkəmizə səfəri ilə əlaqədar olaraq "Bavariya Beynəlxalq İqtisadi Əlaqələr Birliyi" ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında tikinti, inşaat, şəhərsalma, maşınqayırma və avadanlıq, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, ətraf mühit texnologiyaları, peşə təhsili, tibbi xidmət, istehlak malları, turizm sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər təşkil olunacaq.