YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: IV İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycan dövlətinin həmrəylik siyasətinin möhtəşəm təqdimatıdır

«IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi müstəqil Azərbaycan Respublikasında müasir  və hərtərəfli inkişafın böyük təntənəsini nümayiş etdirdi. Bundan əvvəl Avropa Oyunlarında qazanılmış zəngin təcrübə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının möhkəm bünövrəsini təşkil edir. Azərbaycan böyük uğurla keçmiş, yeniliklər üzərində qurulmuş Avropa Oyunlarını qətiyyən təkrar etmədən IV İslam Həmrəyliyi Oyunları ilə dünyaya tamamilə yeni tipli bir idman oyunlarının açılışı mərasimi təqdim etdi. Bu, İslam Həmrəyliyi Oyunlarının möhtəşəm Azərbaycan modeli idi». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, bu, İslam Həmrəyliyi Oyunlarında meydana çıxmış Bakı standartıdır. Onun  fikrincə, IV İslam Həmrəyliyi Oyunları Olimpiya Oyunları, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları tarixində yeni bir başlanğıc, fərqli bir hadisədir. Bundan sonra dünyanın müxtəlif ölkələrində keçiriləcək idman oyunlarının açılış mərasimlərinin səviyyəsi IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə müqayisə olunmalıdır. Azərbaycan dünyanın diqqətini cəlb edən və heyrətinə səbəb olan nəhəng bir idman hadisəsinin müəllifi oldu. Bu, xalqı və dövləti ilə fəxr edən hər bir Azərbaycan vətəndaşı üçün qürur və iftixar mənbəyi olan parlaq tarixi hadisədir.

«IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli”nin zirvəsidir. İslam Həmrəyliyi ilə və ümumiyyətlə, həmrəyliklə əlaqədar Azərbaycan dövlətinin və xalqımızın siyasi, elmi-mədəni imkanları və intellektual düşüncəsi Bakı İslam Həmrəyliyi Oyunlarında cəm halda bir yerdə və ən yüksək səviyyədə ifadə olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın açılış mərasimindəki parlaq nitqi Azərbaycanın müasir mərhələdəki çağırışlarını dolğun şəkildə mənalandırır və Bakıda keçirilən böyük mərasimdən müasir dünyaya ölkəmizin baxışlarını əks etdirir. Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycan dövlətinin həmrəylik siyasətinin möhtəşəm təqdimatıdır. Təntənəli açılış mərasimi bəşəriyyətə həm də intibah mədəniyyəti bəxş etmiş İslam dünyasının humanizmə və ədalətə əsaslanan mənəvi zənginliklərini, yüksək bəşəri dəyərlərini çatdırmaq üçün XXI əsrin xitabət kürsüsü funksiyasını yerinə yetirmişdir. Bu, dərin məzmunlu, möhtəşəm təqdimat bəzi ölkələrdə süni şəkildə yaradılmış islamofobiya təzahürlərinin, əzablı miqrasiya axınlarına ədalətsiz münasibətin, İslamı yalnız terrorçuluqla əlaqələndirən dairələrin baxışlarının nə qədər yanlış olduğunu bütün bəşəriyyətə çatdırdı»- deyə, akademik vurğulayıb.