YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi beynəlxalq idman ictimaiyyəti üçün, İslam dünyası üçün unudulmaz tarixi hadisədir

«Bu gün Azərbaycan dünyada baş verən iqtisadi qeyri-sabitliyin, siyasi böhranın mövcud olduğuna baxmayaraq həmrəylik və birlik nümayiş etdirir. Bu prosesin bariz nümunəsi Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış marasimi idi». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu cür qlobal xarakterli, irimiqyaslı tədbirin keçirilməsi ilə Azərbaycan mədəniyyətlərarası dialoqun və sivilizasiyalar arasında əlaqələrin möhkəmləndirilməsinin fəal tərəfdaşı olduğunu sübut edir. Onun sözlərinə görə, 54 ölkədən təxminən 3 min nümayəndənin iştirakı ilə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi, beynəlxalq idman ictimaiyyəti üçün, İslam dünyası üçün unudulmaz tarixi hadisədir.

«Azərbaycan növbəti dəfə nümayiş etdirdi ki, cöğrafi mövqeyindən , siyasi maraqlarından asılı olmayaraq, xalqlar arasında münasibətlərin qurulmasında həmrəylik ən böyük tövhədir. Bu cür iri miqyaslı tədbirlərin dövlət səviyyəsində keçirilməsi, böyük səy və iş tələb edir. Tədbirin yüksək səviyyədə keçirilməsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, birinci vitse –prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Mənim fikrimcə, bir proqram çərçivəsinə Azərbaycan xalqının dəyərlərini,musiqisini, poeziyasını ,tarixini, mədəniyyətini göstərmək çox çətindir. Lakin, açlış mərasimində bu böyük ustalıqla həyata keçirildi. Mərasimindəki bayram əhval –ruhiyyəsi nəinki, stadiondakı azərkeşlərə, eləcə də bütün dünyada oyunları izləyən hər kəsə sirayət etdi. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bir daha göstərdi ki, Azərbaycan inamla dinamik inkişaf edir və müasir beynəlxalq münasibətlər sistemində öz imicini gücləndirir»- deyə, S.Fətəliyeva vurğulayıb.