YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Qısa müddət ərzində icbari tibbi sığortanın tətbiq edilməsi yönündə böyük işlər görülüb

«Ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsi yönündə qısa müddətdə  çox böyük işlər görülüb». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, icbari tibbi sığorta tətbiq edildiyi bütün ölkələrdə tibbin inkişafının əsasını qoyub. Onun sözlərinə görə, tibbi xidmətin səviyyəsinin yüksəkliyinə görə fərqlənən ölkələrin hamısı buna məhz icbari tibbi sığortanın tətbiqi sayəsində nail olublar.

«Artıq ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlamışıq və müsbət nəticə var. Həm sovet, həm müasir səhiyyə sistemi ilə tanış olan bir şəxs kimi qısa müddət ərzində bu qədər böyük işlərin görülə biləcəyini gözləmirdim. İcbari tibbi sığortanın spesifikasını nəzərə alaraq qeyd edim ki, bunun həyata keçirilməsi o qədər də asan deyil. Təqdirəlayiq haldır ki, bu istiqamətdə yaxşı komanda formalaşıb, Dövlət Agentliyinə təcrübəli ekspertlər cəlb olunub. Pilot təcrübə göstərir ki, gələcəkdə icbari tibbi sığortanın Azərbaycanda uğurla tətbiq edilməsinə imkan var»- deyə, Ə.Əmiraslanov vurğulayıb.