YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV Bakı Beynəlxalq Humanitar Forumunun proqramı və mövzuların adları açıqlanıb

Bu il oktyabrın 2-3-də Bakıda keçiriləcək IV Beynəlxalq Humanitar Forumunun proqramı və müzakirə ediləcək mövzuların adları açıqlanıb.

IV Bakı Beynəlxalq Humanitar Forumunda XXI əsrdə qloballaşan dünyada humanitar problemlər, perspektivlər və çağırışlar müzakirə olunacaq.

Forumda səkkiz dəyirmi masa təşkil ediləcək. Birinci dəyirmi masa “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusuna həsr edilib. Həmçinin bu iclas çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı olacaq. Bundan əlavə, forumda “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzular müzakirə olunacaq.

Forumda müxtəlif ölkələrdən tanınmış alimlər, Nobel mükafatı laureatları və mədəniyyət xadimləri iştirak edəcək. Tədbirin açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq. Müəlliflər məruzələrini sentyabrın 1-dək Təşkilat Komitəsinə göndərə bilərlər. Proqramda iştirakçıların Azərbaycanın regionlarına səfərləri də nəzərdə tutulub.