YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017”də növbəti qələbəsini qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Mayın 14-də “Baku Crystal Hall”da voleybolçularımız Türkiyə millisi ilə qarşılaşıblar. Ev sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə millimiz rəqibini 3:0 hesabı ilə məğlub edib.

Kişilərin yarışında isə “B” qrupunda iki görüş oynanılıb. Əvvəlcə meydançaya Mərakeş və Əlcəzair yığmaları çıxıblar. Əzmkarlıq nümayiş etdirən Əlcəzair millisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

Digər görüşdə isə İran və Qətər yığmaları üz-üzə gəliblər. Azərbaycan hakimi Konstantin Selinin idarə etdiyi oyun İran voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mayın 15-də kişi voleybolçuların “A” qrupunda Türkiyə-Pakistan, “B” qrupunda Qətər-Səudiyyə Ərəbistanı, qadınların mübarizəsində isə Türkiyə-Qırğızıstan oyunları keçiriləcək.