YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva birinci kurs tələbələrini səyyar seminara dəvət edir

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) səyyar seminarda iştirak üçün müsabiqə elan edir.

RAGB-nin idarə heyətindən bildiriblər ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasının ali təhsil müəssisələrinə daxil olmaq üçün qəbul sınaqlarından uğurla çıxmış bütün birinci kurs tələbələrini təbrik edir və onları RAGB-nin birinci kurs tələbələri üçün keçirilən ilk səyyar seminara dəvət edir.

Tədbir sentyabrın 20-21-də Kaluqa vilayətinin “Etnomir” Mədəniyyət və Təhsil Mərkəzində keçiriləcəkdir. Seminar iştirakçıları RAGB-nin fəaliyyəti ilə tanış olmaqla bərabər, bu qeyri-formal qurumun mütəxəssislərinin rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak edəcəklər. Seminarın sonunda tələbələri RAGB-yə üzv seçmək nəzərdə tutulur.

Seminara Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanışlığa maraq göstərən və öz yaradıcılıq potensialını üzə çıxarmaq istəyən hər kəs dəvət olunur.

Seminarda iştirak etmək üçün təhsil aldığın yer, seçdiyin ixtisas barədə məlumatları studentamor2014@gmail.com ünvanına göndərmək, vətəndaşlığı və əlaqə məlumatlarını (telefon, e-mail) göstərmək lazımdır.