YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yusif Əl-Osaymin: Azərbaycan multikulturalizmin gücləndirilməsində fəal iştirak edir

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə üst-üstə düşür və bu, Azərbaycanın nəinki üzv dövlətlərdə gənclər və idmanın inkişaf işinə sadiqliyini göstərir, o cümlədən bu ölkənin multikulturalizmin gücləndirilməsində, eləcə də mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.

Bu fikri İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində bildirib.

Baş katib deyib ki, İslam Həmrəyliyi Oyunları dünyada ən iri idman tədbirlərindən biridir. Çünki bu oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir.