YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Kerol Krofts: Britaniya-Azərbaycan münasibətləri dərin köklərə malikdir

Mərkəzi Asiya və Cənubi Qafqaz Biznes Maraq Qrupu (CATBIG) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Londonda brifinq keçirilib.

Brifinqdə Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts müvafiq bölgələrdən olan beş həmkarı ilə birgə məruzəçi qismində iştirak edib. Brifinqin məqsədi regiondakı siyasi, iqtisadi vəziyyəti müzakirə etmək və ticarət imkanları haqqında məlumat vermək olub.

Səfir Kerol Krofts Azərbaycan-Britaniya əlaqələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, enerji başda olmaqla bir çox sahələrdə münasibətlərimiz dərin köklərə malikdir. Neft və qaz sənayesi Azərbaycan iqtisadiyyatında böyük rol oynayır. BP bu sahədə Azərbaycanda ən böyük investordur. BP-nin investisiyasının nəticəsidir ki, digər ölkələr də neft və qaz təchizat zəncirində Azərbaycanda fəal iştirak etməyə başlayıblar. Əlaqələrimiz sürətlə inkişaf edir. Diplomat bölgədəki siyasi, iqtisadi, sosial vəziyyət haqqında da fikirlərini bölüşüb.