YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.

“Belarusskiy dom peçati”də nəşr olunan markaların tirajı 10000, ölçüləri isə 40 x 28 mm təşkil edir.

Poçt markalarının nominal dəyəri 0,5 AZN-dir.