YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışına start verilib

Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışına start verilib.

Bakı Tennis Akademiyasında keçirilən yarışın ilk günündə kişi və qadın komandaları mübarizə aparırlar.

Birinci oyunda Azərbaycanım və Pakistanın kişilərdən ibarət komandaları qarşılaşırlar. Azərbaycanı Filip Nikolic, Pakistanı isə Məhəmməd Abid təmsil edir.

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişilərdən ibarət komandasının heyətində 6, qadınlardan ibarət kollektivdə isə 4 idmançı mübarizə aparır. Qaydalara əsasən, hər komandanın tərkibi 4 nəfərdən ibarətdir. Lakin Azərbaycan ev sahibi ölkə olduğuna görə kişilərdən ibarət komandamıza əlavə iki idmançının cəlb olunmasına icazə verilib.