YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Türkiyədə keçirilən prezident seçkiləri şəffaf, ədalətli və demokratik şəraitdə başa çatıb

Türkiyədə keçirilən prezident seçkilərində müşahidəçi missiyası ilə iştirak edən Azərbaycan nümayəndə heyəti seçkiləri yüksək dəyərləndirib.

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, onun müşahidə apardığı seçki məntəqələrində, seçkinin təşkilində, səsvermənin gedişində və bülletenlərin sayılmasında heç bir qanun pozuntusu müşahidə olunmayıb: “Ortaya çıxan bütün suallar məntəqə üzvləri tərəfində qarşılıqlı anlaşma şəraitində, müzakirə yolu ilə həll olunub”.

Seçkilərin şəffaf, ədalətli və demokratik şəraitdə başa çatdığını bildirən Eldar İbrahimov qeyd edib ki, diqqətçəkən məqamlardan biri də seçicilərin səsverməyə fəal və həvəsli qatılmasıdır. “Azad şəkildə öz siyasi iradələrini ortaya qoymaq üçün seçicilərə bütün şərait yaradılıb. Bundan başqa, seçkilərin təşkilində tətbiq olunan yeniliklər də təqdirəlayiqdir”, - deyə o bildirib.