YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama Nizami Gәncәvi Beynəlxalq Mərkəzinin üzvü olub

Nizami Gəncәvi Beynәlxalq Mәrkəzi Baş Katibliyinin nümayəndə heyəti qurumun beynәlxalq әlaqәlәrini güclәndirmək, həmçinin Diasporla İş üzrә Dövlәt Komitәsinin dәstəyi ilə təşkil ediləcək III Qlobal Müştәrәk Cәmiyyәtlәr Forumuna hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı Tokioya sәfәr edib. 

Diasporla İş üzrә Dövlәt Komitәsindən bildirilib ki, sәfәr zamanı Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş görüşlərdə qlobal problemlәr, Azәrbaycanla Yaponiya arasında mәdәni vә elmi әməkdaşlığın möhkәmləndirilmәsi istiqamәtindә geniş fikir mübadilәsi aparılıb.
Tokioda Yaponiyanın sabiq Baş naziri Yukio Hatoyama, YUNESKO-nun sabiq rəhbəri Koişiro Matsuura, Sasakava Sülh Fondunun baş mәslәhәtçisi Yoşiaki Sasaki, hökumətin iqtisadi mәsələlər üzrә sabiq müşaviri vә Çiba Universitetinin prezidenti Horuo Şimada, Xarici Әlaqәlәr Komissiyasının beyin mәrkәzlәrindәn biri olan Genron NPO şirkətinin Prezidenti Yasuşi Kudo, həmçinin Şәrqi Asiya Cәmiyyəti İnstitutu, Yaponiyanın Afrika Cәmiyyəti, İnkişaf etmәkdә olan iqtisadiyyatlar institutunun rәhbәrliyi ilә görüşlәr keçirilib. Eyni zamanda, səfər çərçivəsində dünyanın nәhәng korporasiyalarından biri sayılan “Bridgestone”nun rəhbәrliyi ilә dә müzakirәlәr aparılıb.

Müzakirәlәrin sonunda Yaponiyanın sabiq Baş Naziri Yukio Hatoyama Nizami Gәncәvi Beynəlxalq Mərkəzinə dəvəti qəbul edib və qurumun üzvü olub. Yukio Hatoyama, eləcə də digər sabiq baş nazir Yasuo Fukuda, YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuura vә həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildә Bakıda keçiriləcәk III Müştərәk Cəmiyyәtlәr Forumuna dəvət olunub.
Qeyd edək ki, 2015-ci il Forumu çәrçivәsindә müzakirә ediləcək mövzulardan biri Yaponiya, Çin, Koreya, ABŞ inteqrasiyası və qlobal təhlükəsizliyin yaradılmasında onların rolu olacaq.