YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əmirov: Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dərin islahatlar strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir

«Azərbaycan Respublikasının mövcudluğu üçün möhkəm bünövrənin yaradılması yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə malik Heydər Əliyev tərəfindən dərin islahatların həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün də əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş dərin islahatlar strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu isə vaxtilə uzaqgörənliklə həyata keçirdiyi dərin islahatlara görə Azərbaycan tarixinə adı qızıl hərflərlə həkk olunmuş Ulu Öndərin ideyalarının yaşamasına xidmət edir və edəcəkdir». Bu fikirləri Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov YAP-ın təşkilatçılığı ilə keçirilən  «Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası» mövzusunda konfransda deyib.

N.Əmirov bildirib ki, bu prosesdə  Ulu öndərin siyasi ideyalarını davam etdirən Yeni Azərbaycan Partiyasının da çox böyük rolu vardır. Onun sözlərinə görə, məhz üzvlərinin sayı günbəgün artaraq, bu gün 700 minə yaxınlaşan, Azərbaycanın nüfuzlu siyasi təşkilatına və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının sıralarında Azərbaycan xalqı daha da sıx birləşərək, ölkədə həyata keçirilən ictimai-siyasi proseslərdə fəal iştirak edir.

«Bu həm də Partiya sədrinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi və həmin siyasətin həyata keçirilməsində fəal iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə fərqli bir modeli – Azərbaycan modeli daha da inkişaf etdiriləcəkdir»- deyə, N.Əmirov vurğulayıb.