YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2017”: Su səyahətinin Qaradağ mərhələsinə Masazır gölündən suyun götürülməsi ilə start verilib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qaradağ mərhələsinə mayın 3-də Abşeron rayonu ərazisində Masazır gölündən suyun götürülməsi ilə start verilib.

Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”dən biridir. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur.

Karate üzrə dünya və Avropa çempionatlarının qızıl medalçısı Sədi Namazov, boks üzrə dünya çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov, şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Masazır gölünün suyu ilə dolduraraq Qaradağ rayonunda keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.