YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə vətəndaşı “Bakı Marafonu-2017”nin qalibi olub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nin qalibi məlum olub.

Marafonda kişilər arasında birinci yerə 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan çıxıb.

Jurnalistlərə müsahibəsində Bakıda belə bir yarışda qalib gəlməyin qürurverici olduğunu bildirən Veysi Aslan marafonun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Bakı Marafonunda ilk dəfə iştirak etdiyini deyən və Azərbaycan xalqının qonaqpərvərliyini, azarkeşlərin idmana verdiyi dəstəyi çox yüksək qiymətləndirən Veysi Aslan bildirib ki, gələcəkdə dünyanın məşhur atletlərini də bu marafonda iştiraka cəlb etmək olar.

Türkiyəli idmançı deyib: “On dörd ildir qaçışla məşğul oluram və müxtəlif yarışlarda iştirak edirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Ümid edirəm ki, Bakı Marafonu gələcəkdə daha çox iştirakçını əhatə edəcək. Biz də Türkiyəni təmsil edərək qardaş ölkədə yenidən bu marafona qatılar, dostluq və qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirərik. Bundan əvvəl Paris Marafonunda iştirak etmişəm. Bakı Marafonundan sonra daha iki beynəlxalq yarışda iştirak edəcəyəm. İnşallah, IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək üçün yenidən Bakıya gələcəyəm. Bakı artıq idman şəhərinə çevrilib”.

Qeyd edək ki, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürən marafonda iştirakçılar 21 kilometr məsafə qət ediblər. Yarışın finişi Bakı Olimpiya Stadionunda olub. Yarışa respublikamızın bölgələrindən, həmçinin ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən, ümumilikdə, 13 mindən çox insan qatılıb.