YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşündə müzakirə edilmiş bütün məsələlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib

Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin – Sergey Lavrovun, Elmar Məmmədyarovun və Edvard Nalbandyanın işgüzar görüşü olub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesində irəliləyiş perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın xarici işlər nazirinə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə kömək göstərmək səylərinə görə təşəkkür ediblər. Nazirlər müzakirə edilmiş bütün məsələlər üzrə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Rusiya, Azərbaycan və Ermənistan nazirlərinin üçtərəfli danışıqlarının yekunlarına əsasən onlar ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa səfirləri ilə, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi ilə görüşlər keçiriblər. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində vəziyyət barədə fikir mübadiləsi aparılıb.