YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: AŞPA-nın Türkiyəyə qarşı qərarının heç əsası yoxdur

«Avropa Şurası Parlament Assambleyasının monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki,  AŞPA bəzi dövlətlərə, xüsusən müsəlman dövlətlərinə qarşı ikili standartlar irəli sürür. Onun sözlərinə görə, AŞPA-nın, Avropa Parlamentinin zaman-zaman Azərbaycana qarşı da qərəzli mövqeyinin şahidi olmuşuq.

«Təşkilatın Türkiyəyə qarşı qərarının heç əsası yoxdur. Bu hüquqa ziddir və dövlətin daxili işinə qarışmaqdır. Həmçinin bu, dövlətə qarşı siyasi təzyiq metodudur. Hesab edirəm ki, onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə güclü dövlətdir. Türkiyədə xalqla dövlət rəhbərinin çox sıx birliyi vardır. Həmçinin Türkiyənin Azərbaycan kimi dostları vardır. Türkiyə öz inkişafını, demokratiyasını davam etdirəcək və dövlətini möhkəmləndirəcək. Avropa dövlətləri Türkiyəyə qarşı səhf etdiklərini anlayacaqlar. Buna görə də biz hər zaman ədalətin, haqqın yanındayıq. Bu gün də belə mövqedə olanları pisləyirik»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.