YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Bu il 200-dən çox magistrant AMEA-da çalışacaq

Cari ildə keçiriləcək qəbuldan sonra 200-dən çox magistrant Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışacaq.

Bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə aprelin 28-də keçirilən akademiyanın Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağında deyib.

AMEA prezidenti bildirib ki, bu gün Azərbaycandakı bütün elmi işçilərin 30 faizi akademiyada fəaliyyət göstərir. Akademiyanın əməkdaşlarının, alimlərinin 60 faizinin nəşrləri impakt faktorlu jurnallarda çap olunub. O deyib: “Bu da onu göstərir ki, akademiyanın alimləri elmin inkişafında çox fəal iştirak edirlər. Akademiyanın bölmələri bu il ərzində yenə də bir-biri ilə təmasda işləməyə səy göstəriblər. Elmlərin təmasında tədqiqatların aparılması nəticəsində yenilik gətirməyə nail olunur”.