YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Ermənilərin tarixi yalan və saxtakarlıq üzərində qurulub

«Ermənilərin tarixi yalan və saxtakarlıq üzərində qurulub». Bu fikri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, tarixin siyasiləşdirilməsi və saxtalaşdırılması qəbulolunmazdır. Onun sözlərinə görə, ermənilər bu yöndə addımlarını müəyyən beynəlxalq dairələrin dəstəyi ilə atır.

«1914-20-ci illərdə Ərzurum, Qars, Ərdəhan və Həsənqala şəhərlərində ermənilər 1 milyon 600 minə yaxın türkə qarşı soyqırımı törədiblər. Erməni qəsbkarları hazırda guya türklərin o zaman 2,5 milyon ermənini öldürdüyü fikrini beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər. Əslində isə, həmin dövrdə ermənilərin sayı 1,5 milyondan çox deyildi. Onlar belə yalan və uydurmalarla Türkiyənin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə çalışılar. Çünki uydurma «erməni soyqırımı» türklərə qarşı bir təziyq vasitəsidir. Məlum beynəlxalq güclər zaman-zaman bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma Ermənistan və onun havadarları bu kimi əsassız iddialarla çıxış etməzdən öncə ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərində törədilən soyqırım əməllərinə cavab verilməlidir. 1918-ci ildə törədilən soyqırımı, eləcə də, Xocalı qətliamı insanlığa qarşı cinayətin göstəricisidir. Bu cinayəti isə ermənilər edib. Ona görə də, ermənilər tarixi saxtalaşdırmaq əvəzinə bu cinayətə görə cavab verməlidirlər. Azərbaycan və Türkiyə uydurma «erməni soyqırımının» ifşa olunması istiqamətində birgə mübarizə aparır və bu mübarizəni davam etdirməkdədirlər. Bu mübarizə nəticəsində dünya ictimaiyyəti tarixi həqiqətlərin nədən ibarət olduğunu anlamaqdadır»- deyə, F.İbrahimli qeyd edib.