YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda elmi-praktiki konfrans işə başlayıb

Aprelin 24-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə Mərkəzin foyesində quraşdırılmış fotostendlə və Komissiya tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.

Sonra XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində ermənilər tərəfindən soyqırımına məruz qalmış türk-müsəlmanların və hər iki ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən konfransın məqsədi qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl niyyətinin üzə çıxarılması, əslində soyqırımına ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarətdir. Həmçinin ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Türkiyənin “Tələt Paşa” Komitəsinin sədri, ehtiyatda olan general-leytenant Ali Erdinç “1915-ci il aprelin 24-də həqiqətdə nə baş vermişdir? Erməni yalanlarına cavab və bu sahədə Azərbaycan–Türkiyə əlaqələrinin önəmi” mövzusunda məruzə ilə çıxış edərək rəhbərlik etdiyi qurumun 17 ildir fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, komitənin məqsədi əsassız erməni iddialarını ortaya çıxarmaq, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü, milli təhlükəsizliyi uğrunda əsl həqiqətləri dünyaya çatdırmaqdır. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hər bir ölkədə çox mühüm önəm daşıdığını vurğulayan A.Erdinç ermənilərin xalqlarımıza qarşı törətdikləri soyqırımlarının araşdırılmasında və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan, Türkiyə və Özbəkistanın müvafiq ictimai təşkilatlarının təşəbbüsü ilə yeni bir QHT hərəkatının başlandığını diqqətə çatdırıb.

Konfrans işini davam etdirir.