YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN rəhbəri: Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı çərçivəsində əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirə bilər.

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Alanyada keçirilən Rus Mətbuat Şurasının konfransında (23-26 aprel), "Baku Network" Ekspert şurasının rəhbəri, Trend BİA-nın baş direktorunun müavini Elxan Ələsgərovun sualına cavab olaraq bildirib. /Trend/

Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Azərbaycan ilə münasibətləri yüksək səviyyədədir və Rusiya ilə də yaxşı münasibətləri var.

Nazir əminliklə bildirib ki, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı üç ölkənin əməkdaşlığının müsbət nümunəsi olacaq.

Bu gün regionda bir sıra üçtərəfli formatlar mövcuddur, belə ki, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Gürcüstan-Türkiyə.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə görüş çərçivəsində deyib ki, Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi formalaşdırıla bilər və Moskvada və Ankarada təklif olunan sxemə çox müsbət yanaşırlar.