YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Türkiyədə referendum yüksək səviyyədə, bütün demokratik standartlara uyğun keçirildi

Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və referendumun nəticələri münasibətilə təbrik etmək lazımdır.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə deyib.

B.Muradovanın sözlərinə görə, həqiqət bundan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın əksəriyyətinin iştirakı ilə qəbul edilir və xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir: "Düşünürəm ki, əldə olunmuş nəticə türkiyəli seçicilərin - vətəndaşların qərarıdır və bu da nəzərə alınmalıdır. Həmin müddətdə həm daxildə, həm də xaricdə Türkiyə vətəndaşlarının çox qızğın müzakirələrinin şahidi olduq. Nəticə ortadadır: referendum yüksək səviyyədə, bütün demokratik standartlara uyğun şəkildə keçirildi. Əminəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və bütün qərarlarda xalqın dəstəyini alan Ədalət və İnkişaf Partiyası bundan sonra da xalqa vəd etdiyini yerinə yetirəcək, həmçinin xarici tərəfdaşları və müttəfiqlərinə münasibətdə Türkiyənin əsas maraqlarını rəhbər tutaraq, referendumun nəticələrinin verdiyi üstünlüklərdən yararlanacaq".