YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edib

«Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası hər zaman olduğu kimi, yenə də əlamətdar və yaddaqalan bir iclas oldu. Bu iclas növbəti dəfə verilən mesajlarla, səsləndirilən fikirlər və çağırışlarla, irəli sürülən təkliflər üstünlük təşkil etdi». Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, ölkə başçısının iclasdakı çıxışında vurğulandığı kimi, həqiqətən ilin birinci rübünün nəticələri göstərdi ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, ölkəmizin beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır.

 “Cənab Prezident çox haqlı olaraq bəyan etdi ki,  ötən müddətdə çox ciddi sosial təşəbbüslər irəli sürülüb, ordu quruculuğu uğurla gedir və  biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaq. Kimsə də əsla və əsla buna şübhə edə bilməz. Dünyada 10 ilə yaxın bir müddət ərzində davam edən maliyyə-iqtisadi böhran, iqtisadi-siyasi-hərbi kataklizmlər fonunda Azərbaycan siyasi , eləcə də, makroiqtisadi sabitliyin qorunub-saxlanılması, Azərbaycanın “qaynayan” dünyamızda və yerləşdiyimiz bölgədə sabitlik, təhlükəsizlik adasına çevrilməsi deyilənləri və dediklərimizi tam-əyani şəkildə sübut edir, ortaya qoyur»- deyə, E.Səlimov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv