YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

RF XİN: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmağa hazırdır

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya, demək olar, imzalanmağa hazırdır. Bu barədə Rusiya Federasiyasının Rusiyanın MDB ölkələri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası məsələləri üzrə xüsusi nümayəndəsi, RF Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Moskvada “Xəzər dialoqu” Beynəlxalq iqtisadi forumunda məlumat verib.

O deyib: “Hazırda Konvensiya, demək olar, hazırdır, müddəaların mütləq əksəriyyəti razılaşdırılıb. Özü də bu müddəalar beş tərəfin hamısının tələbatını harmonik şəkildə tarazlaşdırır. Problemlər azalır. Cəmi bir-iki problemimiz qalıb. Biz həqiqətən də məqsədimizə çatmaq üzrəyik və yaxın gələcəkdə imzalanması üçün sənədi liderlərimizə təqdim etmək üçün yaxşı şansımız var”.

İ.Bratnikov xatırladıb ki, Xəzəryanı ölkələrin liderləri 2014-cü ildə Həştərxanda keçirilən IV Xəzər Sammiti zamanı həqiqətən çox böyük əhəmiyyət kəsb edən razılaşmalar əldə edərək, Xəzər dənizinin hüquqi statusu haqqında gələcək Konvensiyanın əsasını qoyublar. Onda qarşıya dəqiq vəzifə qoyulmuşdu: Qazaxıstanda keçiriləcək növbəti sammitə qədər bu sənədlər üzərində işi başa çatdırmaq.

Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetov isə xatırladıb ki, “Xəzər təkcə müxtəlif regional dövlətlərin geosiyasi və hərbi-siyasi maraqlarının kəsişdiyi məkan deyildir. Xəzər ilk növbədə Şərq ilə Qərbi birləşdirən Böyük İpək Yolunun transkontinental marşrutlarının bir araya gəldiyi habdır.

Daha əvvəl RF XİN-in başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunlarına əsasən bəyan etmişdi ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşündə Konvensiya üzərində işin başa çatacağına ümid bəsləyir.