YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: ”2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub

 “2016-cı  ildə 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib”. Bunu  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında qurumun ötən il üçün hesabatını təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib. Onun sözlərinə görə, dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb”. 

«2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub. Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5606,5 mln. manat vəsait əhatə olunub ki, bunun 3019,6 mln. manatı və ya 53,9%-i dövlət büdcəsinin xərcləri, 277,3 mln. manatı və ya 4,9%-i büdcədənkənar fondların vəsaitləri, 2309,6 mln. manatı və ya 41,2%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87,9 mln. ABŞ dolları məbləğində vəsaiti əhatə edib. Hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 34,2% çox olub»- deyə, Palata sədri qeyd edib.