YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: İqtisadiyyat Nazirliyi süni qiymət artımına imkan verməyəcək

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verib. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində lazımi tədbirlər həyata keçirir. Müşavirədən sonra bu cür tədbirlər daha da intensiv xarakter alıb.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"İstehlak bazarında aparılan monitorinqlərin əhatə dairəsi genişlənib. Təbii ki, İqtisadiyyat Nazirliyi süni şəkildə qiymət artımına imkan verməyəcək. Bu istiqamətdə zəruri addımlar atılacaq", - deyə nazir qeyd edib.