YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“ADA” Universitetində 40-dan çox ölkənin milli mədəniyyətinin nümunələri sərgilənir

Aprelin 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində təşkil olunmuş sərgidə xarici dövlətlərin səfirlikləri və Azərbaycanda təhsil alan əcnəbi tələbələr stendlər qurub, ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, kitablar, bukletlər, prospektlər şəklində çap məhsullarını nümayiş etdirirlər. Sərgidə müxtəlif xalqların musiqiləri səslənir, tələbələr milli rəqslər ifa edirlər.

Sərgi artıq ənənəyə çevrilmiş VI Beynəlxalq Festival çərçivəsində təşkil olunub. Festivalda 40-dan çox ölkənin, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndələri iştirak edirlər. Tədbirə ilk dəfə qoşulan ölkələr arasında Xorvatiya, Banqladeş, Finlandiya, Litva və Birləşmiş Ərəb Əmirlikləri də var.