YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: İqtisadiyyatın real sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır

«Azərbaycan iqtisadiyyatında real sektorun inkişafı xüsusi diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, dövlət rəhbərliy çox düzgün olaraq real sektorun inkişafı üçün mühüm addımlar atır. Onun sözlərinə görə, həyata keiçrilən islahatlar bu baxımdan müsbət nəticələr verməkdədir.

«Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev mövcud vəziyyəti hərtərəfli təhlil etdi. Dövlət başçısı vurğuladı ki, aparılan islahatlar artıq ciddi nəticələr verməkdədir. Çünki bu islahatlar dərin elmi əsaslara söykənir. Şübhə yoxdur ki, dünyada mürəkkəb proseslərin baş verdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirəcək»- deyə, komitə sədri vurğulayıb.