YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mark Hauptman: Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı alınmalıdır

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptman Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların rolu və iştirakı barədə sualına cavab olaraq bildirib ki, suveren dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir-biri ilə əlaqəli olan dörd qətnaməsində aydın şəkildə qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması prioritetdir.

TEAS-dan verilən məlumata görə, M.Hauptman vurğulayıb ki, məcburi köçkünlərin öz doğma evlərinə qayıtması Almaniya hökumətinin diqqət mərkəzində olan məsələdir.

“ATƏT-in Minsk qrupu çərçivəsində təkrar danışıqların keçirilməsinə baxmayaraq, münaqişənin həll prosesi uzanır. Avropa İttifaqının flaqmanı olan Almaniya hökumətinin danışıqlarda fəal iştirakı təklif olunur. Rəsmi Berlin münaqişənin qısa zamanda sülh yolu ilə həll olunması üçün konkret addımlar atmaq fikrindədirmi?” sualına cavab olaraq M.Hauptman bildirib ki, Almaniya çoxtərəfli formatda, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir və bunu gələcəkdə də edəcək. “Bu il Avstriyanın ATƏT-də sədrliyi zamanı münaqişə iştirakçıları arasında davamlı etimadın qurulması prioritet olacaq” bəyanatını eşitməkdən məmnun olduq. Sülhə yalnız danışıqlar masasında nail olmaq mümkündür.

Almaniyalı deputat ötən ilin aprel ayında Ermənistan hərbi qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərinə qarşı həmlə etməsi məsələsinə də toxunub. Bildirib ki, beynəlxalq münasibətlər sisteminin təməli olan güc tətbiqinin ümumi şəkildə qadağan edilməsi prinsipi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə davamlı şəkildə riayət edilməsi münaqişənin sürətli siyasi həlli üçün əsasdır. Bunu rəhbər tutan Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir. O vurğulayıb ki, Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır.

DİGƏR Xəbərlər Arxiv