YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Həsən Ruhani: İran Xəzər hövzəsi ölkələri ilə yaxın əməkdaşlığı prioritet hesab edir

İran Xəzər hövzəsi ölkələri, xüsusilə Azərbaycan və Rusiya ilə əməkdaşlığı siyasi prioritet hesab edir.

Bu sözləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İranın Xəzər sahilindəki Mazandaran vilayətinə səfəri zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan ilə İran arasındakı əməkdaşlıq əlaqələri bütün sahələr üzrə inkişaf edir.

H.Ruhani, həmçinin İran və Azərbaycan arasındakı ticarət əlaqələrinin də inkişaf etməkdə olduğuna işarə edib. O deyib: “Qarşıdan gələn illər ərzində iki ölkə arasındakı ticarət əlaqələrində daha artıq inkişafın şahidi olacağıq”.

Qeyd edək İran Prezidenti Mazandaran vilayətində 43 iqtisadi layihənin açılışı mərasimində iştirak edib. 7 min 262 yeni iş yerinin açılmasına səbəb olan bu 43 layihə ümumilikdə 33 trilyon 800 milyard riyal vəsait hesabına icra edilib.