YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmək üçün bütün idman infrastrukturu mövcuddur

«Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün böyük nailiyyətdir».  Bu fikri Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı  Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, Azərbaycan islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirəcək. Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır.

«Bu Oyunlar heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən, ideologiyasından geri qalmır. Sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan Azərbaycanda ilk Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəyliyi Oyunlarının tarixində də yeni səhifə açılacaq. Dünyanın nüfuzlu ölkəsi kimi Azərbaycan ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi edir. IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirmək üçün bütün idman infrastrukturu mövcuddur. Bu infrastruktur ən müasir standartlara uyğundur»- deyə, A.Abiyev deyib.