YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) və “Park Bulvar” Əyləncə Mərkəzinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib.

Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının könüllülərinin iştirakı ilə kapoeyra idman növünün ustaları, müəllim və yığma komandanın üzvləri müxtəlif nümunəvi çıxışlar göstərib, master-klasslar təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub. Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib və ölkəmizdə bu oyunlara digər idman növləri üzrə də dəstək aksiyalarının keçirilməsi vurğulanıb.

Bildirilib ki, kapoeyra idman növü ölkəmizdə sevilən, maraq göstərilən idman növüdür və ÜKF-nın rəhbərliyinə həmvətənimizin seçilməsi ölkə idman siyasətinin növbəti uğuru kimi qiymətləndirilir.

Tədbirin sonunda bədii-əyləncəli proqram təqdim etdirib.