YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər

«Yeni Azərbaycan Partiyasında insanları siyasi-mənəvi ideyalar birləşdirir». Bu fikri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B.Muradova bildirib ki, partiyanın üzvlərini  birləşdirən bir çox cəhətlər var. Onun sözlərinə görə, ilk növbədə bu insanlar Heydər Əliyev ideyaları ətrafında birləşirlər. Həmçinin, Prezident İlham Əliyevin siyasətinin ölkə vətəndaşları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini deyən vitse-spiker qeyd edib ki, hər iki amil Azərbaycanın inkişafının əsasını təşkil edir.

«Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər. Bu, bütün sahələri əhatə edir. Biz kollektiv şəkildə, toplu olaraq Bakı şəhərinin, bütövlükdə ölkənin həyatında iştirak etmək, inkişafa töhfə vermək amilini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Bununla, həmçinin cəmiyyətimizə də mesaj veririk, çağırışlar edirik ki,  hər bir vətəndaş abadlıq və quruculuq işlərinə töhfə verməlidir. YAP və onun üzvləri öz ənənəsinə sadiq qalaraq dövlətə, Vətənə xidmət etməyə  hər zaman hazırdır və bunu əməli fəaliyyəti ilə ifadə edir. . Azərbaycan dövləti möhkəm dayaqlar üzərində qurulub və Heydər Əliyev ideyaları dövlətimizin gücünün əsasını təşkil edir. Eyni zamanda, Prezident  İlham Əliyevin  həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz daha da inkişaf edir və güclənir. Əminəm ki, Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan daha da inkişaf edəcək, güclənəcək və bütün müstəvilərdə yeni-yeni uğurlar qazanacaq»- deyə, B.Muradova vurğulayıb.