YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır

“İnsanları narahat edən yüksək kredit faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var”. Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin hökumətin iclasında bildirdiyi kimi bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub: “Bu, reallıqdır. Amma Prezidentimizin tapşırığı   ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır. Təbii ki, bunların arasında kreditlərlə bağlı problemlər də obyektiv şəkildə araşdırılıb öz həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da ciddi dəstək vermək də mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür. Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti cənab Prezident verib. Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırma işlərini  həyata keçirə biləcəyik”.